QAT sədri Akif Nağı polisdən buraxılıb - YENİLƏNİB

QAT sədri Akif Nağı polisdən buraxılıb - <font color=red>YENİLƏNİB</font>
# 07 iyun 2012 09:49 (UTC +04:00)
Bakı. Ramil Məmmədli-APA. Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı polisə aparılıb. APA-nın məlumatına görə, bu gün saat 10.00 radələrində Binəqədi Rayonu Polis İdarəsinin 7-ci Polis Bölməsinin əməkdaşları QAT-ın 6-cı mikrorayonda yerləşən qərargahına gələrək, A. Nağını Bakı Şəhər Baş Polis İdarəsinə (BŞBPİ) aparıblar.

QAT sədrinin müavini İlqar Əliyev APA-ya deyib ki, A. Nağının polisə aparılmasına səbəb QAT-ın bu gün saat 12.00-da BMT-nin Azərbaycandakı nümayəndəliyi qarşısında etiraz aksiya keçirilməsi barədə qərar verməsidir.

İki saat BŞBPİ-də saxlanılan Akif Nağı sərbəst buraxılıb. A. Nağı APA-ya açıqlamasında ona bu gün BMT nümayəndəliyinin qarşısında keçirilən aksiya ilə əlaqədar xəbərdarlıq olunduğunu deyib.

Qeyd edək ki, etiraz aksiyasında Minsk Qrupunun buraxılması, Ermənistanın işğalçı dövlət kimi tanınması və ona qarşı sanksiyaların tətbiq olunması, cəbhə xəttində Azərbaycan əsgərlərini qətlə yetirməkdə davam edən işğalçı Ermənistan rejiminə qarşı dərhal təsirli tədbirlərin görülməsi kimi tələblər irəli sürülüb.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR