Milli Məclisdə “Qayıdış və yenidən məskunlaşma” mövzusunda dinləmələr keçirilib

Milli Məclisdə “Qayıdış və yenidən məskunlaşma” mövzusunda dinləmələr keçirilib
# 07 iyun 2012 13:16 (UTC +04:00)
APA-nın məlumatına görə, dinləmələrdə MM-in vitse-spikeri Bahar Muradova, sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli, insan hüquqları komitəsinin sədri Rəbiyət Aslanova, millət vəkilləri, həmçinin 20 məcburi köçkün uşaq iştirak edib.

B. Muradova deyib ki, Azərbaycanın artıq özünün təcrübəsində geriyə qayıdış faktı var. Belə ki, Ağdam, Fizulidən olan məcburi köçkünlər son illər bu rayonların Azərbaycanın nəzarətində olan kəndlərinə və qəsəbələrinə köçürülüblər: “Artıq onlar Azərbaycanın nəzarətində olan kənd və qəsəbələrdə salınmış evlərdə məskunlaşıblar, öz həyat şəraitlərini normallaşdırmağa başlayıblar. Yəni demək istəyirəm ki, Azərbaycanın öz təcrübəsində geriyə qayıdış - repatriasiya praktikası var. Bu baxımdan bu məsələ ilə bağlı qanunvericilik sahəsində də müəyyən dəyişikliklər etməyə ehtiyac var. Hesab edirəm ki, bu yöndə dünya təcrübəsi də öyrənilərək repatriasiya ilə bağlı müvafiq qanunverici bazanın daha da gücləndirilməsi lazımdır”.

Dinləmələrdə çıxış edən Laçın rayon 37 saylı orta məktəbin şagirdi Ülkər Daşdəmirova yay düşərgələrinin olmamasından, həmçinin təhsil aldığı – Taxtakörpü qəsəbəsində yerləşən məktəbin kiçikliyindən şikayətlənib: “Otaqların sayı artırılsaydı, yaxşı olardı”.
Şuşalı məcburi köçkün uşağı, Şuşa rayon 1 saylı orta məktəbin şagirdi Ülkər Tağızadə isə ən böyük problemlərinin torpaqların işğal altında olduğunu deyib.

Deputat Əhliman Əmiraslanov isə deyib ki, Azərbaycan xalqı işğal altındakı ərazilərinə qayıtmağa hazır olmalıdır: “Orada çalışacaq kadrlar hazırlanmalıdır, biz ekoloji problemlərlə mübarizəyə hazır olmalıyıq”.

İnsani hüquqları komitəsinin sədri Rəbiyət Aslanovanın sözlərinə görə, qayıdış o zaman baş verəcək ki, beynəlxalq təşkilatlar ortaya konkret mövqe qoyacaqlar.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR