Bahar Muradova: “ABŞ-ın siyasi iradəsi olarsa, Dağlıq Qarabağ probleminin həllinə ciddi təsir edə bilər”

Bahar Muradova: “ABŞ-ın siyasi iradəsi olarsa, Dağlıq Qarabağ probleminin həllinə ciddi təsir edə bilər”
# 07 iyun 2012 14:03 (UTC +04:00)
Bakı. Pərvin Abbasov-APA. “ABŞ-ın siyasi iradəsi olarsa, Dağlıq Qarabağ probleminin həllinə ciddi təsir edə bilər”. APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə Milli Məclisin vitse-spikeri Bahar Muradova verib.

O bildirib ki, ABŞ-ın dünyadakı münaqişələrin həllindəki təsirindən geniş danışmağa ehtiyac yoxdur, onların bu proseslərdəki rolu bəllidir: “Siyasi iradəsi olarsa ABŞ-ın imkanı var ki Dağlıq Qarabağ münaqişəsinin həllinə də təsir etsin”.

Vitse-spiker deyib ki, Hillari Klintonun verdiyi bəyanatlar optimistlik yaradır və ABŞ-ın Dağlıq Qarabağ məsələsi ilə bağlı yeni yanaşması müəyyən ümidlər yaradır: “Düzdür, bu məsələ nazirlərin Parisdə keçirəcəyi görüşündə özünü göstərəcək. Aydın olan odur ki, bu məsələ artıq hamını narahat etməyə başlayıb, Dağlıq Qarabağ münaqişəsi həll olunmadan ABŞ-ın regionda maraqları təmin olunmayacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR