Azərbaycan baş nazirinin müavini: “ATƏT-in Minsk Qrupu həmsədrlərinin bəyanatları boş sözlərdən başqa bir şey deyil”

Azərbaycan baş nazirinin müavini: “ATƏT-in Minsk Qrupu həmsədrlərinin bəyanatları boş sözlərdən başqa bir şey deyil”
# 08 iyun 2012 07:36 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov-APA. “Ermənilərin cəbhədəki təxribat cəhdləri onların qorxduğunu göstərir. El arasında bir deyim var. İt qorxusundan hürür. Bu da ona bənzəyir”. APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov verib.

O son zamanlar Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində baş verən hadisələri təxribat adlandırıb: “Baş verənləri təxribatdan başqa bir şey hesab etmirəm. Hesab edirəm ki, ABŞ-ın dövlət katibi Hillari Klintonun səfəri Ermənistana himayədarlıq edən dövlətləri qane etmir və bu təşkilati işlərdə iştirak edirlər. Ermənilər bununla iç üzlərini dünyaya göstərirlər”.

Əli Həsənov ATƏT-in Minsk Qrupunun fəaliyyətini də sərt tənqid edib: “İyirmi ildir həmsədr dövlətlər hər iki dövləti müharibədən çəkinməyə dəvət edirlər. Amma özləri heç bir addım atmırlar. Bəyanat vermək asandır. Bu bəyanatı verənlər, bu problemin həllində iştirakı olanlar hansı addımı atırlar? Problemi həll etmək üçün hansı işlər görürlər? Əgər belə yanaşsaq, onların bəyanatları boş sözlərdən başqa bir şey deyil. Azərbaycan prezidenti dəfələrlə bəyan edib ki, Azərbaycan bu ədalətsiz vəziyyətlə heç zaman barışmayacaq. Ermənistan mövqeyindən əl çəkməsə, Azərbaycan Silahlı Qüvvələri istənilən vaxt torpaqları azad edəcək. Bu bəyanat bu gün də qüvvədədir. Sərkisyan nə sayıqlayır, onun öz işidir. O da qorxudan sayıqlayır. Ermənistan artıq pis vəziyyətdədir. Hesab edirik ki, problemin açarını əlində saxlayan Rusiya öz obyektiv münasibətini ortaya qoyacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR