Azərbaycanın BMT-dəki Daimi Nümayəndəliyi cəbhədə baş verən son hadisələrlə bağlı Pan Gi Muna müraciət edib

Azərbaycanın BMT-dəki Daimi Nümayəndəliyi cəbhədə baş verən son hadisələrlə bağlı Pan Gi Muna müraciət edib
# 08 iyun 2012 10:20 (UTC +04:00)
APA-nın xəbərinə görə, bu barədə BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Fikrət Akçura bildirib. “Lakin biz Nyu-Yorkda bununla bağlı hansı müzakirələrin aparıldığını bilmirik”, - deyə o vurğulayıb.

F. Akçura özü də cəbhə xəttində baş verən son insidentə münasibət bildirib: “Heç kim istəməz ki, gənc insanlar ölsün. 20 ildir, davam edən problemin acı nəticələri, sadəcə, gənclərin qoşunların təmas xəttində ölməsi deyil, eyni zamanda qaçqın və köçkünlər də 20 ildir bunun əziyyətini çəkirlər. Biz BMT olaraq istəyirik ki, BMT Təhlükəsizlik Şurasının qərarlarına əməl olunsun. İnşallah, bu il içərisində həm ATƏT-in Minsk Qrupu, həm də BMT-nin səyləri münaqişənin həllinə təkan verəcək”.

F. Akçura onu da deyib ki, Azərbaycanın Daimi Nümayəndəliyi BMT Baş ofisində vəziyyətlə bağlı müvafiq işlər görür: “Ümid edirəm ki, Azərbaycanın Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olması da münaqişənin həllinə yardım edə biləcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR