ATƏT-in fəaliyyətdə olan sədri təmas xəttində son günlər baş verən insidentləri qəti şəkildə pisləyib

ATƏT-in fəaliyyətdə olan sədri təmas xəttində son günlər baş verən insidentləri qəti şəkildə pisləyib
# 12 iyun 2012 10:43 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva – APA. ATƏT-in fəaliyyətdə olan sədri, İrlandiyanın xarici işlər və ticarət naziri Eymon Gilmor Dağlıq Qarabağ münaqişəsinin bütün iştirakçılarını güc tətbiqindən və güc tətbiq etməklə hədələməkdən vaz keçməyə çağırıb. APA-nın xəbərinə görə, E. Gilmor Ermənistan xaric işlər naziri Edvard Nalbandyanla görüşdən sonra verdiyi açıqlamada təmas xəttində son günlər baş verən hadisələri qəti şəkildə pisləyib: “Bu münaqişə güc yolu ilə həll olunmayacaq. Zorakılıq dayandırılmalıdır. Bu mesajımı Azərbaycanda da səsləndirəcəyəm. Qarşılıqlı etimad yaradılmasının vaxtı çatıb, bunun üçün bütün tərəflərin iradəsi və sülh öhdəliyi tələb olunur”.

Fəaliyyətdə olan sədr Minsk Qrupu həmsədrlərinin vasitəçilik səylərinə dəstəyini ifadə edib: “ATƏT ölkələr və xalqlar arasındakı ayrılıqları aradan qaldırmağa kömək edə bilər. Biz dialoq üçün forumun təmin edilməsində, atəşkəs rejiminin möhkəmləndirilməsi və danışıqlar yolu il həll yolunun tapılmasında tərəflərə dəstək verə bilərik”.

E. Gilmor tərəflər arasında etimadın artırılması tədbirlərinin görülməsi, snayperlərin təmas xəttindən geri çəkilməsi və təmas xəttində baş verən insidentlərin araşdırılması mexanizminin yaradılmasının vacibliyini vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR