ATƏT sədri Eymon Gilmor: “ATƏT Dağlıq Qarabağ münaqişəsinin tərəfləri arasında dialoqun davam etdirilməsi üçün forma təklif edə bilər”

ATƏT sədri Eymon Gilmor: “ATƏT Dağlıq Qarabağ münaqişəsinin tərəfləri arasında dialoqun davam etdirilməsi üçün forma təklif edə bilər”
# 14 iyun 2012 11:48 (UTC +04:00)
APA-nın məlumatına görə, görüşdən sonra keçirilən mətbuat konfransında tərəflər bəyan edib ki, müzakirələrin əsas mövzusu Dağlıq Qarabağ münaqişəsi olub. Azərbaycanın xarici işlər naziri Eymon Gilmora Azərbaycanın münaqişənin nizamlanmasına dair nöqteyi-nəzərini açıqlayıb.

“Görüşdə ümumi qənaətə gəldik ki, status-kvo vəziyyəti qəbul olunmazdır və münaqişənin tezliklə həllinə nail olmaq lazımdır”, - deyə Məmmədyarov bildirib. Görüşdə həmçinin Azərbaycanın ATƏT qarşısında üzərinə götürdüyü öhdəliklərini icra vəziyyəti müzakirə olunub.

Eymon Gilmor bəyan edib ki, regiona səfəri zamanı danışıqların daha aktiv şəkildə davam etdirilməsi üçün Bakı və İrəvana eyni mesajı göndərib. O, qoşunların təmas xəttində baş verən insidentlərdən narahatlığını ifadə edib və tərəfləri güc tətbiqindən çəkinməyə çağırıb: “Mən Azərbaycanın xarici işlər nazirinin o fikri ilə tam razıyam ki, münaqişə yalnız sülh yolu ilə həll olunmalıdır. ATƏT tərəflər arasında dialoqun davam etdirilməsi üçün forma təklif edə bilər”.

ATƏT sədri Minsk Qrupunun səylərini dəstəklədiyini bəyan edib, tərəfləri snayperləri qoşunların təmas xəttindən geri çəkməyə və baş verən insidentləri araşdırmağa çağırıb. O qeyd edib ki, İrlandiya da belə münaqişə yaşayıb, ona görə də kövrək status-kvonun bütün təhlükəsini anlayır.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR