ATƏT sədri: “Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün tərəflərin siyasi iradə nümayiş etdirməsi lazımdır”

ATƏT sədri: “Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün tərəflərin siyasi iradə nümayiş etdirməsi lazımdır”
# 14 iyun 2012 13:07 (UTC +04:00)
APA-nın məlumatına görə, bu fikirləri ATƏT-in fəaliyyətdə olan sədri Eymon Gilmor Bakıda keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, ATƏT münaqişənin sülh yolu ilə nizamlanması prosesini dəstəkləyir, lakin münaqişənin nizamlanması üçün tərəflərin siyasi iradə nümayiş etdirməsi lazımdır. O münaqişənin əsas həll prinsiplərinin ərazi bütövlüyü, öz müqəddəratını təyinetmə və güc tətbiq etməmək olmalıdır.

Xatırladaq ki, iyunun 18-də Parisdə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin, ATƏT-in Minsk Qrupu həmsədrlərinin görüşü keçiriləcək. ABŞ-ın dövlət katibi Hillari Klinton Bakıda səfəri zaman bəyan edib ki, vasitəçilər tərəflərlə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına yeni yanaşmanı müzakirə edəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR