Azərbaycan baş nazirinin müavini: “Ümid edirik ki, Putin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ortaya konkret mövqe qoyacaq”

Azərbaycan baş nazirinin müavini: “Ümid edirik ki, Putin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ortaya konkret mövqe qoyacaq”
# 18 iyun 2012 09:00 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. “Azərbaycan Rusiya üçün Ermənistandan 10, 100 dəfə çox strateji əhəmiyyət kəsb edir. Ümid edirik ki, Rusiyanın yeni seçilən prezidenti Putin münaqişə ilə bağlı ortaya konkret mövqe qoyacaq və Qarabağ problemi həllini tapacaq”.

APA-nın xəbərinə görə, bunu baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov deyib. “Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bir çox beynəlxalq təşkilatlar, o cümlədən ATƏT, BMT məşğul olur. Təəssüf ki, ortada heç bir nəticə yoxdur”, - deyə Ə. Həsənov bildirib.

Baş nazirin müavini onu da deyib ki, ermənilər işğal altında olan Dağlıq Qarabağ ərazisində narkotik maddələr becərər, onu sataraq silah alırlar: “Orada həmçinin terrorçular yetişdirilir və dünyanın müxtəlif münaqişə bölgələrinə göndərilir. Biz bir dəfə BMT-nin narkotiklərlə mübarizə üzrə müvafiq qurumuna müraciət etmişdik ki, Dağlıq Qarabağ ərazisində monitorinq aparsınlar. Lakin onların müraciətinə baxmayaraq, ermənilər buna imkan vermədi”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR