Həmsədrlər regiona iyulda səfər edəcəklər

Həmsədrlər regiona iyulda səfər edəcəklər
# 21 iyun 2012 14:05 (UTC +04:00)
Moskva. Fərid Əkbərov – APA. “Rusiya Xarici İşlər Nazirliyi Paris görüşünə müsbət baxır. Rusiya tərəfi siyasi dialoqun davam etdirilməsi baxımından bu cür görüşləri müsbət qiymətləndirir”. APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) xüsusi nümayəndəsi Aleksandr Lukaşeviç bu gün keçirdiyi brifinqdə deyib.

Xüsusi nümayəndə bildirib ki, xarici işlər nazirlərinin Paris görüşü əvvəlcədən planlaşdırılan görüş olub: “Nazirlər Dağlıq Qarabağ probleminin həlli, son zamanlar Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində baş verənlər, cəbhə xəttində olan təzyiqləri azaltmaq, humanitar əlaqələrin davam etdirilməsi barədə fikir mübadiləsi aparıblar”.

A. Lukaşeviç ATƏT-in Minsk qrupu həmsədrlərinin iyulda regiona səfər edəcəklərini deyib.

Dağlıq Qarabağ problemi ilə bağlı Meksikada 3 ölkə prezidentinin birgə bəyanatı barədə danışan XİN nümayəndəsi “Bu onu göstərir ki, Dağlıq Qarabağ münaqişəsinin tez bir zamanda həlli hər üç ölkənin marağındadır”, - deyə bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR