Azərbaycanın hakim partiyası: Dağlıq Qarabağ münaqişənin həll üçün ilk addım həmsədrlərin təcavüzkarı açıq şəkildə göstərməsidir

Azərbaycanın hakim partiyası: Dağlıq Qarabağ münaqişənin həll üçün ilk addım həmsədrlərin təcavüzkarı açıq şəkildə göstərməsidir
# 22 iyun 2012 09:11 (UTC +04:00)
APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini, icra katibi Əli Əhmədov verib.

Ə. Əhmədov qeyd edib ki, həmsədrlərin regiona xeyli səfər ediblər: “Hətta xalq buna “turist səfərləri” adı da verib. Biz onların bölgəyə səfərinə etiraz etmirik. Lakin edilən çoxsaylı səfərlər bu günə kimi münaqişənin həllinə təsir göstərməyib. Əhəmiyyətli təsir dedikdə, biz münaqişənin sona yetməsini, Azərbaycanın işğal altında olan torpaqlarının azad olunmasını nəzərdə tuturuq”.

Ə. Əhmədov deyib ki, münaqişənin həll üçün ilk addım həmsədrlərin təcavüzkarı açıq şəkildə göstərməsidir: “Azərbaycan torpaqlarının azad edilməsini şərt kimi qarşıya qoymalıdır. Buna əməl edilməsə, münaqişənin nizama salınması üçün həmsədrlərin atdığı addımlar bundan sonra da nəticə verməyəcək”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR