Gürcüstan XİN başçısı: «Üçüncü qüvvə Minsk Qrupunun tərəqqiyə nail olmaması üçün fəal iş görür»

Gürcüstan XİN başçısı: «Üçüncü qüvvə Minsk Qrupunun tərəqqiyə nail olmaması üçün fəal iş görür»
# 23 iyun 2012 12:35 (UTC +04:00)
Lakin üçüncü qüvvə Minsk Qrupunun tərəqqiyə nail olmaması, qoşunların təmas xəttində gərginliyin davam etməsi üçün fəal şəkildə iş görür». APA-nın məlumatına görə, bunu Gürcüstanın xarici işlər naziri Qriqol Vaşadze Ukraynanın «Həftənin güzgüsü» nəşrinə müsahibəsində Azərbaycanla Ermənistan arasında hərbi əməliyyatların bərpası ehtimallarını şərh edərkən bildirib. Lakin Q.Vaşadze Dağlıq Qarabağ məsələsinin tənzimlənməsinə mane olan üçüncü qüvvənin adını açıqlamayıb.

Keşikçi Dağ (David Qareci) monastırı ətrafında yaranmış vəziyyət fonunda Azərbaycan-Gürcüstan münasibətlərini şərh edən nazir qeyd edib ki, iki ölkə arasında heç bir problem yoxdur: «Bizim aramızda diqqətli və təmkinli iş tələb edən məsələlər var». O əlavə edib ki, David Qareci kompleksinin məsələsi ilə sərhədlərin delimitasiya və demarkasiyası üzrə birgə komissiya məşğul olur. «Komissiyanın işi dostluq şəraitində davam etdiyi vaxt isə turistlərin maneəsiz bu kompleksi ziyarət etməsi üçün imkan yaradılmalıdır», - deyə Q.Vaşadze vurğulayıb.

Azərbaycan, Gürcüstan və Rumıniyanın iştirak etdiyi AGRI enerjisi layihəsi haqqında danışan nazir qeyd edib ki, iştirakçı dövlətlər əvvəlki kimi bu layihənin icrasında maraqlıdır: «Nabucco» layihəsi prinsipcə vacibdir. Lakin onun ümumiyyətlə icra olunub-olunmayacağı bəlli deyil. AGRI isə daha ucuz başa gələn layihədir və onu daha tez həyata keçirmək mümkündür».

Q.Vaşadze əlavə edib ki, 2012-ci ilin sonunda AGRI layihəsi üzrə sammitin keçirilməsi planlaşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR