Erik Rubin: “Minsk Qrupu müharibənin yenidən başlanmasının qarşısını almaq üçün həyati əhəmiyyətli strukturdur”

Erik Rubin: “Minsk Qrupu müharibənin yenidən başlanmasının qarşısını almaq üçün həyati əhəmiyyətli strukturdur”
# 28 iyun 2012 11:49 (UTC +04:00)
APA-nın ATƏT-in rəsmi saytına istinadən yaydığı məlumata görə, bu bəyanatla ABŞ dövlət katibinin köməkçisinin müavini Erik Rubin Vyanada ATƏT-in təhlükəsizlik məsələlərinə həsr olunmuş illik konfransında çıxış edib.

Erik Rubin bildirib ki, Minsk Qrupu müharibənin yenidən başlanmasının qarşısını almaq və münaqişə tərəflərini danışıqlar yolu ilə sülhə yaxınlaşdırmaq üçün həyati əhəmiyyətli mühüm strukturdur: “Bu ilin yanvarından Azərbaycan və Ermənistan prezidentləri Soçidə birgə bəyanatla çıxış etdilər. Bəyanatda tərəflər baza prinsipləri əsasında sazişə nail olmağın sürətləndirmək, humanitar əlaqələr və təmas xəttində insidentlərin tədqiq olunması mexanizmləri üzərində işi davam etdirmək barədə öhdəlik götürdüklərini bəyan ediblər. Həmsədrlər Soçi bəyanatında yer alan müddəaların həyata keçirilməsi üçün tərəflərə yardım etmək məqsədilə intensiv işləyirlər. Prezidentlər Obama, Olland və Putinin 18 iyunda yayımlanan birgə bəyanatında qeyd olunduğu kimi, tərəflər siyasi iradə nümayiş etdirməli, Helsinki Yekun Aktının güc tətbiq etməmək, ərazi bütövlüyü və xalqların öz müqəddəratını təyinetmə hüququ prinsiplərinə əsaslanan sülh razılaşmasına gətirib çıxara biləcək qərarlar qəbul etməlidir. ABŞ və Minsk Qrupundakı həmsədr tərəfdaşları tərəfləri təcavüzkar ritorikadan çəkinməyə çağırıblar. Bu ritorika yalnız münaqişənin ömrünün uzatmağa xidmət edir və əhalini sülhə hazırlamaq məqsədinə yaramır”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR