Jirayr Libaridiyan “Dağlıq Qarabağın Azərbaycanlı İcması” İctimai Birliyinin üzvləri ilə görüşüb

Jirayr Libaridiyan “Dağlıq Qarabağın Azərbaycanlı İcması” İctimai Birliyinin üzvləri ilə görüşüb
# 29 iyun 2012 13:38 (UTC +04:00)
İcmanın Əlaqələndirmə Şurasından APA-ya verilən məlumata görə, J. Libaridiyan qurum üzvləri, o cümlədən qurumun sədri, Şuşa rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov, icmanın Əlaqələndirmə Şurasının sədri Orxan Əkbərov, icmanın İdarə Heyətinin üzvü, Xocavənd rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynovla görüşüb.

Görüş zamanı Dağlıq Qarabağ münaqişəsində hazırkı vəziyyət, Ermənistan hakimiyyətinin destruktiv mövqeyi, bəzi beynəlxalq qurumların fəaliyyətsiziliyi, məsələnin yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunması və bir çox digər vacib məsələlər müzakirə edilib.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR