Azərbaycan prezidenti: «Dağlıq Qarabağ münaqişəsi Helsinki Yekun Aktı əsasında həll olunmalıdır»

Azərbaycan prezidenti: «Dağlıq Qarabağ münaqişəsi Helsinki Yekun Aktı əsasında həll olunmalıdır»
# 30 iyun 2012 01:45 (UTC +04:00)
«Dağlıq Qarabağ Azərbaycanın beynəlxalq müstəvidə tanınmış tarixi ərazisidir və Ermənistan bu torpaqları işğal edib, deyən prezident Ermənistanın Azərbaycanın bu torpaqlarında etnik təmizləmə apardığını bildirib.

«Ümumilikdə 20 faiz torpağımız indi erməni işğalı altındadır. BMT-nin qətnamələri, Helsinki xartiyası var. BMT Təhlükəsizlik Şurası dörd qətnamə qəbul edib. Bu qətnamələr Ermənistandan öz qoşunlarını dərhal Azərbaycan torpaqlarından çıxarmasını tələb edir. Lakin onlar bu qətnamələri icra etməyiblər. Avropa Şurası, ATƏT və başqa mötəbər beynəlxalq təşkilatlar belə qətnamələr qəbul ediblər. Lakin bunlara əməl olunmayıb. Bundan başqa, bu qətnamələrin uzun illər ərzində icra olunmaması beynəlxalq təşkilatların bu sahədə işlərinin dəyərini sual altına qoyur. Dağlıq Qarabağ demək olar ki, Azərbaycanın mərkəzində yerləşir və münaqişə ilə bağlı qəbul edilmiş bütün qətnamələr bu torpaqların işğaldan azad olunması, oradan zorla çıxarılmış, qovulmuş insanların öz doğma torpaqlarına qaytarılması ilə bağlıdır», deyə Azərbaycan prezidenti əlavə edib.

«ATƏT-in faktaraşdırıcı missiyalarının orada keçirilən missiyaları göstərib ki, bizim torpaqlarda – Dağlıq Qarabağda olan bütün tarixi, mədəni abidələr dağıdılıb», deyən dövlət başçısı Azərbaycanın öz ərazi bütövlüyünü bərpa edəcəyinə əmin olduğunu bəyan edib: «Ona görə ki, Azərbaycanın ərazi bütövlüyü BMT tərəfindən qəbul olunub. Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz ərazisidir və bu, bütün beynəlxalq təşkilatlar tərəfindən qəbul olunub. Dağlıq Qarabağ ayrıca bir ölkə kimi heç bir dövlət tərəfindən qəbul olunmayıb. Biz bu sahədə böyük diplomatik səylər görürük. Biz iqtisadiyyatımızı gücləndiririk. Əminəm ki, bütün bu amillər bizə öz suverenliyimizi, ərazi bütövlüyümüzü bərpa etməyə imkan verəcək. Münaqişə yalnız beynəlxalq hüququn norma və prinsipi əsasında, Helsinki Yekun Aktı əsasında həll olunmalıdır. O aktda qeyd olunub ki, ərazi bütövlüyü prinsipi xalqların öz müqəddəratını təyin etmək prinsipi ilə ziddiyyət yaratmamalıdır və xalqların öz müqəddəratını müəyyən etmək hüququ ərazi bütövlüyü prinsipi çərçivəsində həll olunmalıdır», deyə prezident İlham Əliyev vurğulayıb.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR