Rusiya tezliklə UNESCO-nun qiymətləndirmə missiyasının Dağlıq Qarabağa göndərilməsini vacib hesab edir.
APA-nın Moskva müxbirinin xəbərinə görə, bu barədə UNESCO-nun İcraiyyə Şurasının 211-ci sessiyasında çıxış edən Rusiyanın təşkilatdakı daimi nümayəndəsi Aleksandr Kuznetsov bildirib.
“Davamlı, dinc gələcək qurmaq keçmişə diqqətli münasibət olmadan mümkün deyil. Silahlı münaqişə əraziləri daxil olmaqla, irsi obyektlərin müdafiəsinə əlavə səyləri istiqamətləndirmək lazımdır. Ümid edirik ki, UNESCO Suriyada mədəniyyət abidələrinin bərpa edilməsi üçün öz potensialını səfərbər edəcək. Eləcə də, Dağlıq Qarabağ zonasına tezliklə UNESCO-nun qiymətləndirmə missiyasının göndərilməsi vacibdir. Missiyanın işinin tamamilə humanitar, siyasiləşdirilməmiş xarakter daşıyacağını düşünürük”, - deyə rusiyalı daimi nümayəndə qeyd edib.