Ötən il 121 xarici vətəndaşın adı XİN-in “qara siyahı”sına salınıb

Ötən il 121 xarici vətəndaşın adı XİN-in “qara siyahı”sına salınıb
# 09 mart 2021 15:33 (UTC +04:00)

Azərbaycan Respublikasının xəbərdarlığına məhəl qoymadan işğal edilmiş ərazilərə qanunsuz səfər etmiş əcnəbilər “Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş xarici ölkə vətəndaşlarının siyahısı”na daxil edilib, həmin şəxslərin ölkəmizə girişinə qadağa qoyulub və onlara münasibətdə qanunvericilikdə müəyyən edilmiş müvafiq tədbirlər görülüb.

APA-nın xəbərinə görə, bu barədə Nazirlər Kabinetinin 2020-ci ilə dair hesabatında bildirilib.

Qeyd olunub ki, hesabat dövründə 121 xarici ölkə vətəndaşının adı ölkəmizin işğal edilmiş ərazilərinə qanunsuz səfər etdiklərinə görə müvafiq siyahıya daxil edilib.

"Ümumiyyətlə daxil olmuş müvafiq müraciət və məlumatlar əsasında 2014-2020-ci illər ərzində 56 şəxsin adı sözügedən siyahıdan çıxarılıb", - deyə sənəddə bildirilib.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR