ATƏT-in Baş katibi: "Ümid edirik ki, Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin Bratislava görüşündən sonra müsbət dinamika güclənəcək"

ATƏT-in Baş katibi: "Ümid edirik ki, Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin Bratislava görüşündən sonra müsbət dinamika güclənəcək"
# 31 oktyabr 2019 15:00 (UTC +04:00)

"Lavrovun da dediyi kimi, ötən payızdan bəri danışıqlarda müsbət dinamikanı müşahidə etmişik. Mən deyərdim ki, ola bilsin, danışıqlar nisbətən yavaşıyıb. Lakin biz ümid edirik ki, Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin Bratislavada ATƏT Nazirlər Şurasının görüşü çərçivəsində keçirilməsi planlaşdırılan görüşündən sonra müsbət dinamika güclənəcək".

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu ATƏT-in Baş katibi Tomas Qremminger Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşünün yekunlarına dair keçirilən birgə mətbuat konfransında deyib.

"Biz məmnuniyyətlə müsbət məqamı izləyirik, hər iki tərəf sakit və stabil vəziyyəti saxlamağa davam edir. Bu, təmas xəttində olan həm mülki vətəndaşların, həm də döyüşçülərin həyatı, təhlükəsizliyi üçün vacibdir", - deyə baş katib qeyd edib.

Tərəflər arasında etibarın yaradılmasına gəlincə, baş katib bu istiqamətdə müəyyən addımlar atıldığını deyib: "Lakin jurnalistlərin qarşılıqlı səfərləri, saxlanılanların dəyişdirilməsi kimi etibar yaradacaq addımlar hələ ki, reallaşdırılmayıb. Ümid edirəm ki, gələcəkdə bunlar da reallaşacaq".

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR