ABŞ-ın “The Hill” qəzeti: Xocalıda hərbi cinayət törədənlər Ermənistanda yüksək vəzifələr tuturlar - VİDEO

ABŞ-ın “The Hill” qəzeti: Xocalıda hərbi cinayət törədənlər Ermənistanda yüksək vəzifələr tuturlar - <span style="color: red;">VİDEO
# 17 fevral 2015 08:59 (UTC +04:00)

APA-nın məlumatına görə, bu sözlər ABŞ-ın “The Hill” qəzetində Denis Jaffenin məqaləsində yer alıb.

D. Jaffe yazıb ki, Ermənistan tərəfi Dağlıq Qarabağ münaqişəsinin səbəblərini və gedişatını təhrif etməyə çalışır: “Ermənistan bütün postsovet tarixində ən böyük insan hüquqları pozuntusu – Xocalıda bir gecədə 600 azərbaycanlı, kürd və Mesxeti türkünü vəhşicəsinə qətlə yetirməklə hərbi cinayət törədib. Bu cinayətdə iştirak edən şəxslər isə bu gün Ermənistanda prezident və müdafiə naziri vəzifələrini tutur”.

Müəllif qeyd edib ki, əsl təcavüzkarın Ermənistan olmasına baxmayaraq, bu ölkəyə müstəqillik illərində ABŞ tərəfindən 3 milyard dollar dəyərində yardım göstərilib. Təcavüzün qurbanı olan Azərbaycana isə yardımlar iki dəfə azdır.

Ermənistanın anti-semitizm səviyyəsinə görə İranı da geridə qoyduğunu bildirən Denis Jaffe bu ölkənin demokratiya və insan hüquqları sahəsində ciddi problemlər yaşadığını, amma erməni lobbisinin Azərbaycanı “qeyri-demokratik və təcavüzkar ölkə” kimi qələmə verməyə çalışdığını söyləyib: “Ermənistan tərəfi Azərbaycanı Ağdam rayonunda içərisində Ermənistan silahlı qüvvələrinin uniformasını geyən üç hərbçinin olduğu helikopteri vurmaqda ittiham edir. Halbuki Ağdam rayonu heç işğalda olan Dağlıq Qarabağ ərazisi də deyil. Ermənistan Azərbaycan ərazilərinin içərilərində hərbi manevrlər edir. Ermənistanın atmalı olduğu addım odur ki, Azərbaycan ərazilərindən öz hərbi qüvvələrini geri çəksin, ondan sonra isə bölgəyə hər kəs üçün demokratiya və insan hüquqlarının qorunduğu münbit şəraitlə birlikdə sülh gələcək”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR