ABŞ-ın Azərbaycandakı səfirliyi: Ceyms Uorlik Dağlıq Qarabağın danışıqlarda üçüncü tərəf kimi iştirakını nəzərdə tutmayıb

ABŞ-ın Azərbaycandakı səfirliyi: Ceyms Uorlik Dağlıq Qarabağın danışıqlarda üçüncü tərəf kimi iştirakını nəzərdə tutmayıb
# 24 sentyabr 2014 12:20 (UTC +04:00)

Bunu ABŞ-ın Azərbaycandakı səfirliyinin sözçüsü Nikolas Barnett APA-nın sorğusuna cavabında deyib. O bildirib ki, ABŞ-ın ATƏT-in Minsk Qrupunun danışıqlar formatını dəstəkləyən siyasəti dəyişməz qalır.

Məsələni araşdırdığını deyən səfirlik nümayəndəsi qeyd edib ki, “Tert.Am” saytının əməkdaşının cəbhədəki gərginlik və “Dağlıq Qarabağ” rejiminin gələcəkdə danışıqlarda tərəf kimi iştirakının mümkünlüyü barədə verdiyi suala Ceym Uorlikin cavabı belə olub: “Günahsız insanların müharibənin qurbanlarına çevrilməsi faciədir. Bu hal məni vadar edir ki, gərginliyə son verməyə çalışmaqla yanaşı, mülki insanlar arasında itkilərin qarşısını almaq üçün səylərimi artırım. Qurbanlar çox zaman dinc sakinlər, qadın və uşaqlar olur. Bu itkilərə son vermək üçün hər iki tərəf yollar tapmalıdır. Cəbhə xəttindəki insidentlər faciədir. Danışıqlarda Dağlıq Qarabağın de-fakto rəhbərliyinin də səsinin eşidilməsinə ehtiyac var. Məhz buna görə də, həmsədrlər davamlı şəkildə Dağlıq Qarabağa səfər edir və de-fakto rəhbərliklə görüşürlər”.

1 2 3 4 5 İDMAN XƏBƏR

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR