ABŞ-ın vitse-prezidenti ilə Ermənistan prezidenti arasında telefon danışığı olub

ABŞ-ın vitse-prezidenti ilə Ermənistan prezidenti arasında telefon danışığı olub
# 20 may 2016 19:26 (UTC +04:00)

Bakı – APA. Mayın 20-də ABŞ-ın vitse-prezidenti Cozef Baydenlə Ermənistan prezidenti Serj Sarkisyan arasında telefon danışığı olub.

APA-nın “Novosti-Armeniya”ya istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan prezidentinin mətbuat xidmətindən bildiriblər.

"Hər iki tərəf, Qarabağ münaqişəsinin nizamlanması üzrə Vyanada əldə olunmuş razılaşmaların tam və səmərəli həyata keçirilməsinin əhəmiyyətini vurğulayıb. Tərəflər münaqişənin ATƏT-in Minsk qrupunun vasitəçiliyi çərçivəsində yalnız sülh yolu ilə həllinin mümkünlüyünə dair həmrəy olduqlarını vurğulayıblar”, məlumatda deyilir.

Qeyd edək ki, telefon danışığı ABŞ tərəfinin təşəbbüsü ilə keçirilib.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR