Aİ:"Tərəflərlə sazişlərin imzalanması Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün əhəmiyyətli irəliləyişə şərait yaratmalıdır"

Aİ:"Tərəflərlə sazişlərin imzalanması Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün əhəmiyyətli irəliləyişə şərait yaratmalıdır"
# 05 iyul 2018 11:08 (UTC +04:00)

“Aİ ilə Dağlıq Qarabağ münaqişəsi tərəfləri arasında sazişlərin ratifikasiyası münaqişənin sülh yolu ilə həlli istiqamətində öhdəliklərə və əhəmiyyətli irəliləyişlərə, həmçinin atəşkəs rejiminin qorunub-saxlanılması, ATƏT Baza Prinsiplərinin (2009) həyata keçirilməsi və ATƏT həmsədrlərinin səylərinin dəstəklənməsinə şərait yaratmalıdır”.

APA-nın xəbərinə görə, bu barədə Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi qətnamədə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bənddə bildirilir.

Sənəddə eyni zamanda danışıqlar prosesinə erməni və Azərbaycan icmalarının cəlb edilməsinin vacibliyi vurğulanıb. Qeyd edilib ki, Aİ Azərbaycanla Ermənistan arasında dialoqa üstünlük verir və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün Aİ-nin iştirakı artırılmalıdır.

Qətnamədə tərəflərin atəşkəsə riayət etmələrinin, ittihamedici çıxışlara son qoyulmasının, etimad tədbirlərinin görülməsinin, eləcə də ATƏT-in beynəlxalq müşahidəçilərinin sayının əhəmiyyətli dərəcədə artırılması, bütün səviyyələrdə dialoqun təşviq edilməsinin zəruriliyi vurğulanıb.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR