Almaniya XİN: "AŞ-nin Dağlıq Qarabağa maneəsiz girişi təmin olunmalıdır"

Almaniya XİN: "AŞ-nin Dağlıq Qarabağa maneəsiz girişi təmin olunmalıdır"
# 20 may 2017 09:40 (UTC +04:00)

Avropa Şurasının Dağlıq Qarabağa və Azərbaycanın 7 ətraf rayonuna maneəsiz girişinin təmin olunmasının vaxtı çatıb.

APA-nın məlumatına görə, bu sözləri Almaniyanın Xarici İşlər Nazirliyinin dövlət naziri Mixael Rot Krımda AŞ Nazirlər Komitəsinin 127-ci sessiyasında çıxışı zamanı deyib.

O çıxışında eyni vəziyyətin Abxaziya və Cənubi Osetiya, Denstryanı, həmçinin Krıma da aid olduğunu bildirib: “Rusiya tərəfindən ilhaq olunmuş Krımda, həmçinin Şərqi Ukraynada separatçılar tərəfindən idarə olunan rayonlarda insan haqlarının vəziyyəti böyük narahatlıq yaradır. AŞ-nın insan haqları və digər monitorinq xidmətlərinin bu regionlara maneəsiz girişinin təmin olunmasının vaxtı çatıb”.

O, AŞ-nin baş katibi Turbörn Yaqlandı qətiyyətli şəkildə öz səylərini davam etdirməyə çağırıb.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR