AŞPA prezidenti Bakıda Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları arasında görüşün keçirilməsini təklif edib

AŞPA prezidenti Bakıda Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları arasında görüşün keçirilməsini təklif edib
# 24 sentyabr 2014 11:46 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. Azərbaycan Milli Məclisinin Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyəti üzvlərinin sentyabrın 23-də qurumun Azərbaycanda səfərdə olan prezidenti Ann Brassörlə görüşü olub.

Parlamentdən APA-ya verilən məlumata görə, qonağı salamlayan Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, nümayəndə heyətinin rəhbəri Səməd Seyidov Azərbaycanın AŞPA ilə uğurlu əməkdaşlığından söhbət açıb, qarşılıqlı səfərlərin münasibətlərimizin inkişafında əhəmiyyətini qeyd edib.

Nümayəndə heyətinin üzvləri Rövşən Rzayev, Rafael Hüseynov, Sahibə Qafarova, Sevinc Fətəliyeva, Fazil Mustafa öz çıxışlarında Ermənistan-Azərbaycan münaqişəsinin Azərbaycanın başına gətirdiyi bəlalardan danışıblar. Bildirilib ki, bu gərgin vəziyyət bütün region ölkələrini təhdid altında saxlayır. Münaqişə nəticəsində Azərbaycanın 20 faiz ərazisi erməni işğalı altındadır, 1 milyondan çox həmyerlimiz öz vətənində qaçqın və məcburi köçkün vəziyyətində yaşayır: “Azərbaycan tərəfi münaqişənin ATƏT-in Minsk Qrupu çərçivəsində sülh yolu ilə həlli prosesinə sadiqdir və Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları arasında etimad mühiti yaradılması səylərini dəstəkləyir”. Bu məqsədlə AŞPA-da vaxtilə yaradılan alt komitənin fəaliyyətinin bərpa edilməsinin vacibliyi vurğulanıb. Sonra millət vəkilləri Azərbaycanın keçdiyi inkişaf yolundan, ölkədə gender bərabərliyi prinsiplərinin inkişafından, uşaq və gənclər siyasəti ilə bağlı görülən işlərdən danışıblar.

AŞPA prezidenti Ann Brassör Azərbaycan nümayəndə heyətinin qurumdakı fəaliyyətini yüksək qiymətləndirib. Səfər çərçivəsində keçirdiyi görüşlərdən danışan qonaq bildirib ki, müzakirə olunan mövzular Azərbaycandakı son vəziyyətlə bağlı müsbət təsəvvür yaratmağa imkan verib. O, ermənilərin qeyri-konstruktiv mövqeyinə baxmayaraq, icmalar arasındakı görüşün təşkilinin münaqişənin həlli prosesində müsbət addım ola biləcəyinə ümid etdiyini də diqqətə çatdırıb.

1 2 3 4 5 İDMAN XƏBƏR

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR