ATƏT-in Minsk qrupu həmsədrləri: “Tәrәflәri ilk fürsәtdә prezidentlәr sәviyyәsindә danışıqları bәrpa etmәyә çağırırıq"

ATƏT-in Minsk qrupu həmsədrləri: “Tәrәflәri ilk fürsәtdә prezidentlәr sәviyyәsindә danışıqları bәrpa etmәyә çağırırıq"
# 06 fevral 2015 20:15 (UTC +04:00)

Bakı. Mәlahәt Nәcәfova-APA. "Tәrәflәr arasında gәrginlik vә zorakılıq yekun hәllә nail olmaq üçün tez bir zamanda hәrtәrfli danışıqlara başlamağı vacib edir".

APA-nın mәlumatına görә, bu barәdә ATӘT-in Minsk qrupu hәmsәdrlәri Ceyms Uorlik, İqor Popov, Pyer Andryu vә ATӘT-in fәaliyyәtdә olan şәxsi nümayәndәsi Anjey Kaspşikin Ermәnistanın xarici işlәr naziri Edvard Nalbadyanla Münhen görüşündәn sonra verdiklәri bәyanatda deyilir.

Onlar görüş zamanı ermәnistanlı naziri daha çox elastiklik göstәrmәyә çağırıblar: "Biz tәmas xәttindә vә Ermәnistan-Azәrbaycan sәrhәdindә, o cümlәdәn sivil әrazilәrdә artmaqda olan insidentlәrlә bağlı hәyәcanımızı qeyd etdik. Biz hәmçinin nazirlә bu kimi halların qarşısını almaq üçün tәklif olunan tәdbirlәri müzakirә etdik. Xüsusilә, tәrәflәr 12 noyabr tarixindә helikopterin vurulması kimi hallarının qarşısını almaq üçün tәdbirlәr görmәlidirlәr".

Bәyanatda hәmsәdrlәr BQXK çәrçivәsindә itkin düşmüş imsanların mübadilәsi ilә bağlı prezidentlәrin razılaşmasının hәyata keçirilmәsinin vacibliyini qeyd ediblәr: "Bu cür mübadilә tәrәflәr arasında etibar yarada vә barışıq prosesini asanlaşdıra bilәr. Nәhayәt, biz tәrәflәri ilk fürsәtdә prezidentlәr sәviyyәsindә danışıqları bәrpa etmәyә çağırırıq".

Hәmsәdrlәr bu ayın sonunda regiona sәfәr edәcәklәrini açıqlayıblar.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR