Avstriyanın xarici işlər naziri Sebastyan Kurts Sarkisyanla görüşü barədə suala cavab verməyib - YENİLƏNİB

Avstriyanın xarici işlər naziri Sebastyan Kurts Sarkisyanla görüşü barədə suala cavab verməyib - <span style="color: red;">YENİLƏNİB
# 11 sentyabr 2014 19:44 (UTC +04:00)

APA-nın məlumatına görə, səfər çərçivəsində Sebastyan Kurts və Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarov arasında görüş olub. Görüşdən sonrakı brifinqdə nazir E. Məmmədyarov bildirib ki, görüşdə iki ölkə arasında siyasi-iqtisadi münasibətlər müzakirə olunub. E. Məmmədyarov qeyd edib ki, görüşdə regional münaqişələr, o cümlədən Dağlıq Qarabağ münaqişəsi barədə də danışılıb. XİN başçısı həmçinin qeyd edib ki, azərbaycanlı və avstriyalı iş adamlarının hər iki ölkədə fəaliyyət göstərmələri üçün geniş imkanlar var, bu imkanlardan səmərəli istifadə edilir.

Avstriyalı qonaq da ölkəsinin Azərbaycanla münasibətlərə önəm verdiyini deyib. Onun sözlərinə görə, Azərbaycanla siyasi və iqtisadi yaxınlaşma Avropa İttifaqı çərçivəsində də böyük əhəmiyyət daşıyır. O regiondakı münaqişələrin həlli məsələsinə toxunaraq qeyd edib ki, regionun sabit inkişafı üçün Qarabağ münaqişəsinin tezliklə sülh yolu ilə həllini dəstəkləyir.

Avstriyalı jurnalist Yutta Bauerin Azərbaycana gəlməsi üçün viza ala bilməməsinin səbəbi barədə suala cavab verən nazir Elmar Məmmədyarov qeyd edib ki, Azərbaycanın ərazi bütövlüyü beynəlxalq təşkilatlar tərəfindən təsdiqlənib. Avstriya Azərbaycanın ərazi bütövlüyünü tanıyan ölkələr sırasındadır: “Qanunun aliliyi, beynəlxalq hüquqa hörmət bu məsələdə böyük əhəmiyyət daşıyır. Xanım Bauer Azərbaycan tərəfinin rəsmi icazəsi olmadan ölkənin işğal altında olan ərazilərinə səfər edərək reportaj hazırlayıb. Bundan əvvəllər də xarici jurnalistlər bu məsələ ilə bağlı bir neçə dəfə Azərbaycana müraciət ediblər. Sadəcə məsələ ondadır ki, işğal altında olan ərazilərə səfərlər rəsmi Bakı ilə razılaşdırılmalıdır. Bunu beynəlxalq hüquq tələb edir”.

Avstriya XİN başçısı, öz növbəsində, Azərbaycanın narahatlığını başa düşdüyünü deyib: "Mən başa düşürəm, Azərbaycan nəyə görə bu addımı atıb. Başa düşürəm ki, Yutta Bauerin Azərbaycan torpaqlarına icazəsiz səfəri qanun pozuntusudur. Onu da başa düşürəm ki, jurnalistlərin əsas vəzifəsi həqiqətləri yazmaqdır".

S. Kurtsu jurnalistlrədən birinin ona ünvanladığı "Ermənistana səfəri zamanı diktator, müharibə cinayətkarı, azərbaycanlılara qarşı etnik təmizləmə prosesinə rəhbərlik edən, beynəlxalq hüququn norma və prinsiplərinə hörmətsizliklə yanaşan, hərbi əməliyyatların gedişi zamanı mülki şəxslərin öldürülməsinə əmr verən, ifrat faşist ideologiyasına malik və hətta 2008-ci il prezident seçkilərindən sonra Ermənistanda 10-dan artıq dinc nümayişçinin öldürülməsini həyata keçirən Serj Sarkisyanla görüş keçirdiniz. Azərbaycanın 20 faiz torpaqlarının işğalı azmış kimi cinayətkar rejimin başında olan bu şəxs Azərbaycanın yaşayış massivlərini raket zərbəsi ilə hədələyir. Belə bir qatı cinayətkarla görüşmək Avropa dəyərlərinə nə dərəcədə uyğundur? Bu cür yanaşma onun törətdiyi müharibə cinayətlərinə göz yummaq deyilmi?" sualına cavab verməkdən isə yayınıb.

Avstriya XİN başçısı deyib ki, hər üç Cənubi Qafqaz ölkəsində - Ermənistan, Gürcüstan və Azərbaycanda prezidentlər, nazirlərlə görüşüb: “Bu, bizim normal praktikamızdır”.

1 2 3 4 5 İDMAN XƏBƏR

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR