Azərbaycan XİN başçısı: “Həmsədrlər Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı işçi qrupların yaradılmasını təklif ediblər”

Azərbaycan XİN başçısı: “Həmsədrlər Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı işçi qrupların yaradılmasını təklif ediblər”
# 25 fevral 2015 10:37 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. “Ermənilər iki azərbaycanlı girovu saxlaya bilməzlər, əminəm ki, onları gec-tez qaytaracaqlar”.

APA-nın məlumatına görə, bunu Azərbaycanda rəsmi səfərdə olan Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşdən sonra keçirilən birgə mətbuat konfransında xarici işlər naziri Elmar Məmmədyarov deyib.

Girovlar məsələsinin hər zaman görüşlər zamanı gündəlikdə olduğunu vurğulayan E. Məmmədyarov ATƏT-in Minsk Qrupu həmsədrlərinin son səfərinə də toxunub.

Nazir bildirib ki, həmsədrlər münaqişənin həlli ilə bağlı işçi qrupların yaradılmasını təklif ediblər: “Azərbaycan məcburi köçkünlərin qayıdışı zamanı görüləcək işlərlə bağlı Dünya Bankı ilə birgə layihə hazırlayıb. Ancaq Ermənistanla da bu məsələləri danışmalıyıq. İlk növbədə Ermənistan qoşunlarını işğal olunmuş ərazilərdən çıxarmalıdır. Ona görə də atəşkəsin pozulması hallarından danışarkən həmsədrlərdən tələb edirik ki, söhbət ilk növbədə Ermənistan qoşunlarının işğal olunmuş torpaqlardan çıxarılmasından getməlidir. BMT, ATƏT və digər beynəlxalq qurumların bu barədə qətnamələri, qərarları var. Bəzi qətnamələr, qərarlar qəbul olunmamış icra olunur, ancaq Dağlıq Qarabağ münaqişəsi ilə bağlı təəssüf ki, biz bunu görmürük”.

E. Məmmədyarov bildirib ki, Ermənistanın da regional layihələrə qoşulmasını istəyir: “Amma Ermənistan öz siyasəti ilə özünü küncə sıxır. Ermənistan regionda faydalı iş qurmaq istəyirsə, Azərbaycanın işğal olunmuş torpaqlarından çıxmalıdır”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR