Azərbaycan XİN Ermənistan xarici işlər nazirinə cavab verib

Azərbaycan XİN Ermənistan xarici işlər nazirinə cavab verib
# 25 iyun 2013 14:30 (UTC +04:00)

Bakı. Viktoriya Dementyeva – APA. “Bu gün bölgədəki gərginliyin və regionun təhlükəsizliyinin təhdid altında olmasının günahkarı Ermənistandır. Bu ölkə öz işğalçılıq siyasəti üzərində ciddi düşünməlidir”. Bu sözləri Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Elman Abdullayev Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın AŞPA sessiyasındakı çıxışına münasibət bildirərkən deyib. O, təəssüflə vurğulayıb ki, E. Nalbandyan hər zaman olduğu kimi, insanları aldatmağa çalışır: “Nalbandyanın çıxışları mənə bir mətni əzbərləyən və hər fürsətdə onu təkrarlayan şagirdi xatırladır”.

E. Abdullayevin sözlərinə görə, E. Nalbandyanın avropalı parlamentarlar qarşısında səsləndirdiyi təkliflər, xüsusən qarşılıqlı etimadı artıran tədbirlərin gücləndirilməsi elə Ermənistan hakimiyyətinin özü tərəfindən rədd edilib və edilir: “Güc tətbiq etməmək məsələsinə gəlincə, Ermənistan Azərbaycan ərazilərinin 20 faizini işğal edərək yerli əhalini qanlı etnik təmizləməyə məruz qoymaqla artıq güc tətbiq edib. Bəli, bu gün Azərbaycan bölgənin yüksək səviyyədə təchiz olunmuş və təlim görmüş ən güclü ordusuna sahibdir. 20 faiz ərazisi işğal olunmuş, 1 milyon qaçqın və məcburi köçkünü olan ölkənin dövlətçiliyin güclü institutu və xalqın təhlükəsizliyinin təminatı kimi təbii ki, güclü ordusu olmalıdır”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR