Azərbaycanın xarici işlər naziri BMT baş katibinə məktub göndərib

Azərbaycanın xarici işlər naziri BMT baş katibinə məktub göndərib
# 21 avqust 2013 16:00 (UTC +04:00)

Bakı. Viktoriya Demetyeva – APA. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT baş katibi Pan Gi Muna ölkənin işğal olunmuş ərazilərindəki vəziyyətlə əlaqədar məktub göndərib. APA-nın xəbərinə görə, 19 iyul tarixli məktubunda nazir Ermənistanın atəşkəs rejimindən istifadə edərək Azərbaycanın işğal altındakı ərazilərinin fiziki, mədəni, demoqrafik xarakterini dəyişmək cəhdləri, o cümlədən yeni yaşayış məskənlərinin yaradılması, hava limanının bərpası, yol tikintisi və digər qanunsuz addımları barədə baş katibi məlumatlandırıb: “Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərində coğrafi adları qanunsuz olaraq dəyişdirir və saxtalaşdırır. KİV-in məlumatlarına əsasən Ermənistan tezliklə Qubadlı rayonunda 150 evin, eləcə də Kəlbəcər (Azərbaycan) – Vardenis (Ermənistan) yolunun tikintisinə başlamağa hazırlaşır. Qubadlı və Kəlbəcər Azərbaycanın Dağlıq Qarabağ bölgəsindən kənarda yerləşən işğal olunmuş Azərbaycan rayonlarıdır”.

E. Məmmədyarov qeyd edib ki, Ermənistan qanunsuz olaraq Suriya ermənilərinin işğal altındakı Azərbaycan torpaqlarına köçürülməsi və yerləşdirilməsi siyasətini də davam etdirir. Nazir bu yaxınlarda 24 erməni ailəsinin Laçına, 7 ailənin Zəngilana, 27 ailənin Kəlbəcərə köçürüldüyünü və Suriyadan daha 18 erməni ailəsinin gətiriləcəyini BMT rəhbərinin nəzərinə çatdırıb: “Bu, Ermənistanın Suriyada yaşanan humanitar fəlakətdən istifadə edərək Azərbaycan torpaqlarındakı işğalını möhkəmləndirmək niyyətindən xəbər verir. Danışıqlar prosesindən sui-istifadə edərək və işğal altındakı ərazilərdə qanunsuz fəaliyyət həyata keçirərək Ermənistan “fait accompli” (gerçəkləşmiş fakt) siyasətini sırımağa və bununla da münaqişənin danışıqlar yolu ilə həlli və regionda sülhün, təhlükəsizliyin bərqərar olması perspektivini pozmağa çalışır. Danışıqlar prosesində tərəqqinin olmamasının fonunda Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz fəaliyyətlər bu əraziləri ilhaq etmək məqsədi güdən Ermənistanın destruktiv mövqeyini ortaya çıxarır”.

1 2 3 4 5 İDMAN XƏBƏR

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR