Bahar Muradova: “Azərbaycan münaqişənin sülh yolu ilə həll üçün üzərinə düşən vəzifəni yerinə yetirir” - FOTO

Bahar Muradova: “Azərbaycan münaqişənin sülh yolu ilə həll üçün üzərinə düşən vəzifəni yerinə yetirir” - <span style="color: red;">FOTO
# 23 avqust 2013 06:51 (UTC +04:00)

APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Milli Məclis sədrinin müavini Bahar Muradova deyib.

O bildirib ki, Azərbaycan münaqişənin sülh yolu ilə həll üçün üzərinə düşən vəzifəni yerinə yetirir, danışıqlara və müzakirələrə sadiqliyini göstərir. Bununla yanaşı, digər istiqamətlərdə də ölkənin ərazi bütövlüyünün təmin olunması üçün hazırlıqlarını davam etdirir: “Çox inanmaq istərdik ki, göstərilən səylər, eləcə də ATƏT-in Minsk qrupunun və digər vasitəçi dairələrin fəaliyyəti Ermənistanı qeyri-konstruktiv yoldan çəkinməyə vadar etsin”.

B. Muradova onu da qeyd edib ki, Ermənistanın münaqişənin sülh yolu ilə həllində tutduğu mövqeyi yalnız təəssüf doğurur: “Bu, həm onun təcavüzkar siyasəti, həm də bölgədə maraqları olan qüvvələrin Ermənistana təsir imkanları və maraqları ilə bağlıdır”.

1 2 3 4 5 İDMAN XƏBƏR

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR