Bahar Muradova: “Həmsədrlərin nəticə əldə etməsinin işartıları görünür”

Bahar Muradova: “Həmsədrlərin nəticə əldə etməsinin işartıları görünür”
# 22 may 2013 11:02 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. “Son vaxtlar Dağlıq Qarabağla bağlı qarşılıqlı səfərlər, danışıqlar intensivləşib”. APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında ATƏT PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri, Milli Məclisin sədr müavini Bahar Muradova xarici işlər naziri Elmar Məmmədyarovun Moskvada keçirdiyi görüşlər barədə sualı cavablandırarkən deyib. O bildirib ki, münaqişənin həlli ilə bağlı prinsiplərə razılıq verilməsinin vacibliyinin səslənməsi də artıq həmsədrlərin bu məsələdə nəticə əldə etməsinin işartılarını göstərir.

B. Muradova onu da deyib ki, ATƏT PA-nın yay sessiyasında Siyasi komitənin məruzə və qətnaməsində münaqişə ilə bağlı fikirlər öz əksini tapıb: “Məsələ ATƏT PA-nın fəaliyyətinin bir növü kimi müzakirə olunacaq”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR