Bakıda Dağlıq Qarabağ münaqişəsinə beynəlxalq baxış mövzusunda seminar-konfrans keçirilir

Bakıda Dağlıq Qarabağ münaqişəsinə beynəlxalq baxış mövzusunda seminar-konfrans keçirilir
# 26 sentyabr 2014 13:14 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. Azərbaycan Gənclərinin Avro Atlantika Təşkilatı İctimai Birliyi (AGAAT) tərəfindən icra olunan və Azərbaycan Gənclər Fondu tərəfindən maliyyələşdirilən “Dağlıq Qarabağ münaqişəsinə beynəlxalq baxış: Azərbaycan həqiqətlərinin beynəlxalq aləmə çatdırılması” adlı layihə çərçivəsində 26-29 sentyabr tarixlərində Bakıda beynəlxalq seminar-konfrans öz işinə başlayıb.

Milli Televiziya və Radio Şurasından APA-ya verilən məlumata görə, beynəlxalq seminar-konfransın məqsədi Avropanın müxtəlif bölgələrindən olan gənc ekspertləri (tələbələr, araşdırmaçılar, QHT nümayəndələri və gənc siyasətçilər), eləcə də eyni səviyyəli yerli gənc ekspertləri bir araya toplayaraq Dağlıq Qarabağ münaqişəsini müzakirə etməkdir.

Tədbirin açılışında çıxış edən AGAAT sədri Ziya Qazıyev layihənin əhəmiyyəti və aktuallığı barədə məlumat verib.

Azərbaycan Gənclər Fondunun sektor müdiri Orxan Ərəbov fondun fəaliyyət sahəsi barədə qısa məlumat verib.

Qeyd edək ki, konfransa dəvət edilmiş münaqişələr sahəsində fəaliyyət göstərən xarici və yerli mütəxəssislər, elmi işçilər və beynəlxalq təşkilat nümayəndələrinin Avropanın 10 müxtəlif ölkəsindən olan xarici və yerli iştirakçılara münaqişələr, onların həlli yolları və perspektivlər mövzularında çıxışları nəzərdə tutulub. Bu seminar-konfransın nəticəsi olaraq iştirakçıların Dağlıq Qarabağ münaqişəsi barəsində tədqiqatları və düşüncələri toplu olaraq nəşr olunacaq. Toplu nəşr Azərbaycanda yerləşən xarici ölkə səfirliklərinə, beynəlxalq təşkilatların Bakı nümayəndəliklərinə və müxtəlif beyin mərkəzlərinə paylanacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR