Bayram Səfərov: "Mən bir şeyi bilirəm ki, Rusiya dövləti Azərbaycanın ərazi bütövlüyünü tanıyır"

Bayram Səfərov: "Mən bir şeyi bilirəm ki, Rusiya dövləti Azərbaycanın ərazi bütövlüyünü tanıyır"
# 04 avqust 2015 09:19 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev - APA. “Mən bir şeyi bilirəm ki, Rusiya dövləti Azərbaycanın ərazi bütövlüyünü tanıyır və Azərbaycanın qanunlarına da hörmətlə yanaşır. Biz Bako Saakyanı adlı adamı tanımırıq. Onlar işğalçıdırlar, bizim torpaqlarımızı işğal ediblər. Əlbəttə ki, Bako Saakyana hansısa təşkilatın orden verməsini pisləyirəm”.

Bunu APA-ya "Dağlıq Qarabağın azərbaycanlı icması" İctimai Birliyinin sədri, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov Rusiyanın Təhlükəsizlik, Müdafiə və Qanunçuluq Akademiyasının Dağlıq Qarabağ separatçılarının lideri Bako Saakyanı “Böyük Pyotr” ordeni ilə təltif etməsinə münasibət bildirərkən deyib.

B. Səfərov bildirib ki, Rusiya kimi, digər dünya dövlətləri də Azərbaycanın ərazi bütövlüyünü tanıyır: “Dünya ölkələri Ermənistanın işğalçı kimi qəbul edir, qondarma Dağlıq Qarabağ rejiminin müstəqilliyini isə tanımırlar”.

İcma rəhbəri qeyd edib ki, bu gün Ermənistan dövləti səfalət içində yaşayır: “Ermənistanda insanlar aclıq, səfalət içindədirlər. Qiymət artımına etiraz olaraq mitinqlər keçirirlər. Bu yaxınlarda bir rusun Qarabağda moda sərgisi keçirdiyini gördüm. Dörd qızı qayanın başına çıxarıb guya moda göstərirlər. Orada insan var, adam var ki, onlara baxsın?! Qarabağda erməni yaşayır? Biz bilirik ki, bunların hamısı tamaşa xarakterli şeylərdi”.

Əlavə edək ki, mətbuatda B. Saakyana “Böyük Pyotr” ordeninin I dərəcəsinin verilməsi haqqında məlumatlar yayılıb. Lakin məlum olub ki, orden separatçıların liderinə bir neçə il əvvəl verilib. 30 iyul 2015-ci il tarixdə isə Ermənistanda müstəqil jurnalist Vaqram Ağacanyan Rusiyanın Ermənistandakı səfiri İvan Volınkinə mətbuat vasitəsilə müraciət edərək, B. Saakyanın hansı xidmətlərinə görə bu ordenlə təltif olunması ilə maraqlanıb.

Məsələ bundan sonra gündəmə gələrək aktuallaşıb.

1 2 3 4 5 İDMAN XƏBƏR

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR