Bayram Səfərov Almaniyanın Sülh Araşdırmaları İnstitutunun departament rəhbəri ilə görüşüb - FOTO

Bayram Səfərov Almaniyanın Sülh Araşdırmaları İnstitutunun departament rəhbəri ilə görüşüb - <span style="color: red;">FOTO
# 21 iyun 2013 07:59 (UTC +04:00)

Bakı-APA. Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyinin rəhbəri Bayram Səfərov Almaniyanın Sülh Araşdırmaları İnstitutunun Araşdırmalar Departamentinin rəhbəri Hans Joachim Spanger ilə görüşüb.

 

Birlikdən APA-ya verilən məlumata görə, Bayram Səfərov qonağa Dağlıq Qarabağ münaqişəsinin tarixi və hazırkı durumu haqqında məlumat verib. İcma rəhbəri münaqişənin həlli ilə bağlı iyirmi ildir ki, cəhdlər edən bir sıra beynəlxalq qurumların ikili standartlara yol verdiyini və konfliktin həllində qətiyyətli mövqe göstərmədiklərini qonağın diqqətinə çatdıraraq vurğulayıb ki,  bu konflikt yalnız Azərbaycanın ərazi bütövlüyünün təmin olunması şərti ilə həll oluna bilər.

 

Almaniyalı tədqiqatçı isə öz növbəsində bildirib ki, beynəlxalq hüquq baxımından bu münaqişənin həllində Azərbaycanı açıq şəkildə dəstəkləyir: “Biz bilirik ki, Azərbaycan bu gün regionun ən inkişaf etmiş ölkəsidir və münaqişənin həllində hərbi yola da əl atmaq imkanı var, amma dünya ictimaiyyəti yenidən müharibənin başlanmasına imkan verməməli və münaqişənin qısa bir zamanda sülh yolu ilə həll olunmasında bütün imkanlarından istifadə etməlidir”.

 

Bayram Səfərov qeyd edib ki, Azərbaycan xalqı münaqişənin həllində prezident İlham Əliyevin tutduğu sülh yolunu dəstəkləyir, lakin hər an ali baş komandanın əmri ilə öz doğma torpaqlarını işğaldan azad etməyə hazırdır.

 

1 2 3 4 5 İDMAN XƏBƏR

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR