BQXK ermənilərin Azərbaycan vətəndaşını girov götürdüklərini təsdiqləyib - VİDEO

BQXK ermənilərin Azərbaycan vətəndaşını girov götürdüklərini təsdiqləyib - <span style="color: red;">VİDEO
# 06 sentyabr 2014 12:46 (UTC +04:00)

Bu barədə APA - ya açıqlamasında BQXK-nın Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova məlumat verib.

O bildirib ki, BQXK-nın Dağlıq Qarabağ ofisi Azərbaycan vətəndaşının saxlanılması barədə məlumatlandırılıb. İ. Hüseynovanın sözlərinə görə, BQXK öz mandatına uyğun olaraq həmin vətəndaşa baş çəkəcək.

Qeyd edək ki, Ermənistan mətbuatı qondarma "Dağlıq Qarabağ Respublikası"nın "Müdafiə Nazirliyinin mətbuat xidməti"nə istinadən Cavid Məmmədov adlı Azərbaycan vətəndaşının Aşağı Çaylı istiqamətində erməni əsgərləri tərəfindən saxlanılması barədə xəbər yayıb.

Azərbaycan Müdafiə Nazirliyi isə C. Məmmədovun cəbhə xəttində girov götürülməsi faktı ilə bağlı araşdırma aparıldığını bəyan edib.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR