Çexiyanın “Asociace Pro Modernizace”  təşkilatının sədri Sülh Platformasının MNTK üzvü olub

Çexiyanın “Asociace Pro Modernizace”  təşkilatının sədri Sülh Platformasının MNTK üzvü olub
# 22 yanvar 2018 10:24 (UTC +04:00)

Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platformasının İdarə Heyətinin növbəti iclası keçirilib.

Sülh Platformasının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iclasda İdarə Heyətinin üzvləri Kamil Səlimov, Rizvan Hüseynov, Ümid Mirzəyev, Rövşən Rzayev, Novella Cəfərova, onlayn şəklində qatılan Rimma Sarkisova, Oksana Altunyan, Sergey Simanovskiy, Erik Xaçaturov, Selin Şənocaq, eləcə də Vətəndaş Sülh Platformasının Katibliyinin koordinatoru Dilarə Əfəndiyeva və ictimaiyyətlə əlaqələr üzrə menecer Kənan Zülfüqarov iştirak ediblər.

İclasda 1990-cı il yanvarın 20-də baş vermiş qanlı hadisələrdə həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. İclasda Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platformasının təsis qurultayına həsr olunmuş videomateriallar izlənib, Sülh Platformasının qeydiyyatı və yeni üzvlərin qəbul edilməsi müzakirə edilib, eləcə də bir sıra aktual məsələlər diqqət mərkəzində olub. Professor Kamil Səlimovun Sülh Platformasının fəaliyyəti ilə bağlı təkliflərinin gələcək iş planına daxil edilməsi qərara alınıb.

İclasda Çexiyanın “Asociace Pro Modernizace” təşkilatının sədri Aleksey Frantskeviçin Sülh Platformasının Mərkəzi Nəzarət Təftiş Komissiyasının (MNTK) üzvlüyünə namizədliyi təsdiq edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR