Füzuli rayonunun keçmiş hərbi komendantı Aleksandr Volox: “Xocalı soyqırımı Xatın, Gernik, Liditsa və Aradur soyqırımları ilə eyni səviyyədədir”

Füzuli rayonunun keçmiş hərbi komendantı Aleksandr Volox: “Xocalı soyqırımı Xatın, Gernik, Liditsa və Aradur soyqırımları ilə eyni səviyyədədir”
# 01 mart 2013 09:55 (UTC +04:00)

Moskva. Fərid Əkbərov-APA. “Xocalı soyqırımını törədənləri bütün dünyaya tanıtmaq lazımdır ki, onlarla mübarizə aparmaq olsun”.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu fikirləri “Xocalıya Ədalət” beynəlxalq informasiya kampaniyası çərçivəsində Rusiya paytaxtında keçirilən Xocalı soyqırımı anım mərasimində 1991-ci ildə Füzuli rayonunun keçmiş hərbi komendantı olmuş, general-leytenant Aleksandr Volox deyib.

O, Xocalı soyqırımının Xatın, Gernik, Liditsa və Aradurda törədilən soyqırımlarla eyni səviyyədə olduğunu söyləyib: “Xocalı soyqırımı barədə hər kəs bilməlidir. Bəzən Dağlıq Qarabağda baş verən hadisələrdə o vaxt orada olan sıravi insanları günahlandırırlar. Günahlandırırlar ki, bunun qarşısını almaq olardı. Lakin bu belə deyildi. Hər şey yuxarıdan gələn əmrə həll olunurdu. Hesab edirəm ki, artıq satqın və ikiüzlü siyasətə son vermək lazımdır. Problemin həllinə ikiüzlü yanaşma onun müsbət həllinə gətirib çıxarmır. Bütün azərbaycanlılar problemin həllini gözləyir. Bu yolda mübarizə aparmaq lazımdır. Ümid edirəm ki, işğal olunmuş torpaqlar azad olunacaq. Xocalı geri qayıdacaq. Biz orada sülh bağlarını görəcəyik”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR