Əli Əhmədov: “Ermənilərin işğalı altında olan Azərbaycan torpaqlarında narkotik istehsalının qarşısını almaq üçün ciddi addımlar atılacaq”

Əli Əhmədov: “Ermənilərin işğalı altında olan Azərbaycan torpaqlarında narkotik istehsalının qarşısını almaq üçün ciddi addımlar atılacaq”
# 13 iyun 2013 09:35 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. “Dəfələrlə istər Azərbaycanın rəsmi dairələri tərəfindən, istərsə də beynəlxalq təşkilatların təmsilçiləri tərəfindən nəzarətsiz qalan işğal olunmuş Azərbaycan torpaqlarında narkotik istehsalı üçün istifadə olunması ilə bağlı ciddi əsaslara söykənən bəyanatlar səslənirdi. İndi də Milli Təhlükəsizlik Nazirliyi tərəfindən belə faktın ortaya çıxarılması bu günə qədər səsləndirilən fikirlərin həqiqət olduğunu bir daha təsdiqləyir”. APA-nın məlumatına görə, bunu hakim Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini - icra katibi, deputat Əli Əhmədov ötən gün MTN tərəfindən işğal olunmuş Dağlıq Qarabağda becərilən narkotik vasitələrin İran ərazisindən Azərbaycana keçirən şəxslərin aşkar olunmasına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, beynəlxalq aləmdə ən ciddi problemlərdən olan narkomaniyaya qarşı mübarizə aparan təşkilatları bir daha sövq edəcək ki, bununla ciddi məşğul olsunlar: “Ermənilərin işğalı altında olan Azərbaycan torpaqlarından narkotik istehsalı məqsədilə istifadə olunması kimi bəşəriyyət üçün acınacaqlı nəticələrə gətirəcək halın qarşısını almaq üçün ciddi addımlar atılacaq. Bu, bir daha nəzarətsiz qalan Azərbaycan torpaqları işğaldan azad olunmalı, Azərbaycanın ərazi bütövlüyü təmin olunmalıdır. Digər tərəfdən, nəzarətsiz qalan torpaqlardan bəşəriyyətə, regiondakı insanların sağlamlığına böyük zərbələr vura biləcək narkotik istehsalının qarşısı alınacaq”.

Ə.Əhmədov bildirib ki, bu həyəcanlı faktın dünya ictimaiyyətinə çatdırılması üçün fəaliyyət göstərilməlidir.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR