Əli Həsənov Türkiyənin Azərbaycandakı səfiri ilə görüşüb - FOTO

Əli Həsənov Türkiyənin Azərbaycandakı səfiri ilə görüşüb - <span style="color: red;">FOTO
# 13 fevral 2015 14:38 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Baş nazirin müavini, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov fevralın 13-də Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşkunu qəbul edib.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə ölkəmizdəki qaçqın və məcburi köçkünlərin ümumi vəziyyəti və gələcək əməkdaşlıq əlaqələrinin inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb.

Ə.Həsənov deyib ki, bu gün dünyada Azərbaycan və Türkiyə qədər yaxın əlaqələrə malik olan başqa dövlət yoxdur. Dağlıq Qarabağ münaqişəsindən söz açan baş nazirin müavini bu sahədə də qardaş Türkiyənin dəstəyini yüksək qiymətləndirib. O, Azərbaycanda son illər ərzində güclü iqtisadi inkişaf fonunda sosial durumun xeyli dəyişdiyini, əhalinin, o cümlədən qaçqın və məcburi köçkünlərin yaşayış səviyyəsinin kifayət qədər yaxşılaşdığını da diqqətinə çatdırıb. Ə.Həsənov Kəlbəcərə doğmalarının məzarlarını ziyarət etmək məqsədilə gedərkən Ermənistan Silahlı Qüvvələrinin girov götürdüyü və Dağlıq Qarabağdakı separatçı rejim tərəfindən qondarma ittihamlarla “məhkəmə”yə çəkilən Dilqəm Əsgərov və Şahbaz Quliyevin taleyinə qardaş Türkiyə tərəfinin biganə qalmadığına və bununla bağlı verilən dəstəyə görə də təşəkkürünü bildirib. O, hər zaman işğalçı Ermənistanın maraqlarını müdafiə edən beynəlxalq qurumların Azərbaycan tərəfinin bununla bağlı müraciətlərinə obyektiv cavab vermədiklərindən təəssüfünü bildirib.

İ.A.Coşkun bütün sahələr üzrə, o cümlədən humanitar əməkdaşlığın inkişafı üçün hər iki ölkənin böyük potensiala malik olduğunu qeyd edib. Türkiyənin Azərbaycandakı səfiri bundan sonra da mövcud imkanlardan səmərəli istifadə olunacağına əminliyini bildiib və bu baxımdan qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsinin böyük önəm daşıdığını vurğulayıb.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR