XİN mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, görüşdə ictimaiyyətə yaxşı məlum olan prinsiplər və eləcə də həmsədr ölkələrin səsləndirdikləri bəyanatlar əsasında münaqişənin həlli prosesinin sürətləndirilməsi yolları müzakirə edilib.
Qeyd edək ki, həmsədr ölkələri prezidentləri dəfələrlə öz bəyanatlarında mövcud status-kvonun qəbuledilməzliyini vurğulayıblar.