Finlandiya XİN: Həmsədrlərlə görüşdə Qarabağ münaqişəsinin həlli ilə bağlı mümkün addımları müzakirə edəcəyik

Finlandiya XİN: Həmsədrlərlə görüşdə Qarabağ münaqişəsinin həlli ilə bağlı mümkün addımları müzakirə edəcəyik
# 11 fevral 2015 13:56 (UTC +04:00)

Bu barədə APA-ya Finlandiya XİN-in Cənubi Qafqaz ölkələri üzrə daimi səfiri Krister Mikellsson məlumat verib. O deyib ki, Helsinkidə keçiriləcək görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi müzakirə olunacaq:

“Bildiyiniz kimi, Finlandiya Minsk Qrupunun üzvüdür və biz həmişə bu münaqişənin nizamlanma prosesini diqqətlə izləmiş, sülhün əldə olunmasına maraqlı olmuşuq. Münaqişə ətrafındakı son gərginlik bizi də narahat edir. Ona görə də Finlandiya rəsmiləri ilə həmsədrlərin görüşü zamanı bu münaqişənin dinc yolla həllini tapması istiqamətində fikir mübadiləsi aparılacaq, prosesin daha səmərəli şəkildə inkişaf etməsi üçün mümkün addımlar müzakirə olunacaq”.

Ukrayna problemi ilə yanaşı, Dağlıq Qarabağ münaqişəsinin də Finlandiyanı narahat etdiyini söyləyən K. Mikellsson əlavə edib ki, iki həftədən sonra bölgəyə səfər edəcək.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR