Həmsədrlərin bölgəyə səfəri Azərbaycandan başlayacaq - EKSKLÜZİV

Həmsədrlərin bölgəyə səfəri Azərbaycandan başlayacaq - <span style="color: red;">EKSKLÜZİV
# 21 may 2013 12:23 (UTC +04:00)

Bakı. Viktoriya Dementyeva – APA. ATƏT-in Minsk Qrupu həmsədrlərinin bölgəyə növbəti səfəri Azərbaycandan başlayacaq. Fransalı həmsədr Jak For APA-ya bildirib ki, onlar mayın 22-də Bakıya gələrək Azərbaycan prezidenti İlham Əliyevlə görüşəcəklər. Ertəsi gün vasitəçilər Ermənistana gedəcək.

J. For bu dəfə Dağlıq Qarabağa səfərin nəzərdə tutulmadığını söyləyib: “Bu, nazirlərin Krakov görüşünün nəticələrini ölkə rəhbərləri ilə müzakirə etmək üçün Bakı və İrəvana qısamüddətli səfər olacaq”.

Xatırladaq ki, mayın 17-də Polşanın Krakov şəhərində həmsədrlərin iştirakı ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşü keçirilib. Görüşdən sonra verilən açıqlamada bildirilib ki, nazirlərlə görüşdə həmsədrlər sülh üçün əlverişli mühitin yaradılmasına kömək məqsədilə etimad artırıcı tədbirlərin həyata keçirilməsini müzakirə ediblər. Onlar bu məsələləri iki ölkə prezidenti ilə müzakirə etmək üçün regiona səfər etmək qərarına gəliblər.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR