Hikmət Hacıyev: "Ermənistan növbəti dəfə əsaslı danışıqların başlanmasına əngəl yaratmağa çalışır"

Hikmət Hacıyev: "Ermənistan növbəti dəfə əsaslı danışıqların başlanmasına əngəl yaratmağa çalışır"
# 17 fevral 2015 16:13 (UTC +04:00)

APA-nın məlumatına görə, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistan XİN başçısı Edvard Nalbandyanın ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşdə dediklərini şərh edərkən bildirib.

H. Hacıyev qeyd edib ki, davam edən gərginliyə görə bütün məsuliyyət Ermənistan rəhbərliyinin üzərinə düşür.

“Qeyd olunan “Dağlıq Qarabağ” heç vaxt əsas prinsiplərin hazırlanması üzrə danışıqların hər hansı mərhələsində iştirak etməyib. Göründüyü kimi, Ermənistan tərəfi növbəti dəfə bütün mümkün metodlarla əsaslı danışıqların başlanmasına əngəl yaratmağa çalışır”, - deyə o vurğulayıb.

Xatırladaq ki, E. Nalbandyan həmsədrlərlə görüşdə rəsmi Bakının sülh sazişi üzərində işə başlamaq təklifinə toxunaraq iddia edib ki, burada məqsəd əsas tənzimlənmə prinsipləri ətrafında aparılan danışıqları pozmaqdır: “Əsas prinsiplərə uyğun razılıq əldə olunduğu və Dağlıq Qarabağın bizimlə razılaşdığı halda, sülh sazişi üzərində işə başlamaq olar”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR