Beynəlxalq konfransda Ermənistan-Azərbaycan Sülh Platformasının təqdimatı keçirilib

Beynəlxalq konfransda Ermənistan-Azərbaycan Sülh Platformasının təqdimatı keçirilib
# 10 may 2017 11:36 (UTC +04:00)

Misirin İsgəndəriyyə şəhərində 30 aprel - 5 may tarixlərində “Gənclərin iştirakı və vətəndaş töhfəsi” mövzusuna həsr olunmuş regional forum keçirilib.

Ermənistan-Azərbaycan Sülh Platformasının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, forum İsgəndəriyyə İsveç İnstitutu və Danimarka-Misir Dialoq İnstitutu tərəfindən təşkil edilib. Foruma Avropa, Yaxın Şərq və Şimali Afrika regionlarından gənclər dəvət olunub. Konfransın məqsədi plüralist cəmiyyətlərdə siyasi iştirakın genişləndirilməsinin formalarının müzakirəsinə Avropa və Yaxın Şərq-Şimali Afrika ölkələrindən gəncləri və siyasi fəalları cəlb edərək regionda ümumi dəyərlərə sahib olan gənclər şəbəkəsinin yaradılmasıdır.

Foruma siyasi partiya, siyasi iştirak, ekstremizm, sahəsində tədqiqat aparan müxtəlif siyasi partiyaların nümayəndələri, tələbə və alimlər qatılıb. İştirakçıların arasında Mərakeş, Misir, Livan və Tunis parlamentlərinin üzvləri, siyasətçilər o cümlədən Misir prezidentinin mətbuat xidmətinin rəhbəri Raşa Allam da olub.

Forum çərçivəsində Ermənistan-Azərbaycan Sülh Platformasının təqdimatı keçirilib. Təqdimat Sülh Platformasının Polşadan olan sülh səfiri Vitold Oleynik tərəfindən həyata keçirilib. Forum iştirakçıları bölgədə olan dinamika, Dağlıq Qarabağ münaqişənin Yaxın Şərq və Avropaya yayılması təhlükəsinin mövcudluğu və bunun region üçün mümkün təhlükəli nəticələri barədə müzakirə aparıb, münaqişənin sülh yolu ilə həllinin vacibliyini vurğulayıblar. Forum iştirakçıları münaqişənin yaxın zamanda beynəlxalq hüquq və danışıqlar çərçivəsində həllini tapmasına ümid etdiklərini bildiriblər.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR