XİN: “Nyu-York Times” qəzetinin əməkdaşları işğal altındakı ərazilərə Azərbaycan qanunlarına riayət edərək səfər ediblər”

XİN: “Nyu-York Times” qəzetinin əməkdaşları işğal altındakı ərazilərə Azərbaycan qanunlarına riayət edərək səfər ediblər”
# 02 fevral 2015 11:21 (UTC +04:00)

Bakı – APA. ““Nyu-York Times” qəzetinin əməkdaşları Ermənistan-Azərbaycan münaqişəsi haqqında reportaj hazırlamaq məqsədilə Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal edilmiş ərazilərinə Azərbaycan Respublikasının qanunlarına riayət edərək səfər ediblər”.

APA-nın məlumatına görə, bunu Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev “Nyu-York Times” qəzetinin əməkdaşlarının Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinə səfərini şərh edərkən deyib.

““Nyu-York Times” tərəfindən səfər niyyəti barəsində əvvəlcədən Azərbaycan Respublikasına məlumat verilib, Azərbaycan Respublikasının ərazisinə daxil olmaq üçün “Nyu-York Times” əməkdaşlarına giriş vizası rəsmiləşdirilib və Azərbaycan Respublikası ərazisində, o cümlədən işğal olunmuş ərazilərdə jurnalist fəaliyyəti ilə məşğul olmaq üçün Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi tərəfindən müvafiq akkreditasiya kartı verilib”, - deyə H. Hacıyev bildirib.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR