Zyuqanov: “Ermənistan və Azərbaycan sülhə yalnız Rusiya ilə qarşılıqlı fəaliyyətdə nail ola bilər”

Zyuqanov: “Ermənistan və Azərbaycan sülhə yalnız Rusiya ilə qarşılıqlı fəaliyyətdə nail ola bilər”
# 06 sentyabr 2013 13:32 (UTC +04:00)

Bakı-APA. “Ermənistan və Azərbaycan sülh və rahatlığa yalnız Rusiya ilə qarşılıqlı fəaliyyətdə nail ola bilər”. APA-nın məlumatına görə, bu fikirləri “Vestnik Kafkaza” saytına Rusiya Federasiyası Kommunist Partiyasının sədri Gennadi Zyuqanov deyib.

Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesini şərh edən Gennadi Zyuqanov qeyd edib ki, bu münaqişə çox incə və ağrılı məsələdir: “Masa arxasına əyləşmək və həll yolu tapmaq lazımdır. Fikrimcə, həll yolu yaxınlaşır. Rusiyanın səyləri olmadan bu regionda həll yolu tapmaq çətin olacaq. Rusiyanı alçaltmaq, onun enerjili və effektli inkişafına mane olmaq istəyənlər bu tip münaqişələrin uzanması üçün əllərindən gələni edəcəklər. Ermənistan və Azərbaycan sülh və rahatlığa yalnız Rusiya ilə qarşılıqlı fəaliyyətdə nail ola bilər”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR