İsrail şirkəti Azərbaycan tanklarını modernləşdirəcək

İsrail şirkəti Azərbaycan tanklarını modernləşdirəcək
# 18 oktyabr 2010 10:49 (UTC +04:00)
Bundan əvvəl «Elbit» tərəfindən test olaraq Azərbaycanda bir neçə tankda modernləşdirilmə aparılıb. Həmin tankların atış-sontrol sistemləri və zirehləri yeniləşdirilib. Eyni zamanda, buna paralel olaraq seçim üçün Türkiyənin ASELSAN şirkəti tərəfindən Naxçıvanda bir neçə tankın atış-kontrol sistemləri test olaraq modernləşdirilib. Seçim sonrası üstünlük «Elbit»in təkliflərinə verilib.

Qeyd edək ki, «Elbit Systems» şirkəti də bu yaxınlarda Asiya ölkələrindən birindən (ad açıqlanmayıb) tankların modernləşdirilməsi ilə bağlı 56 mln. ABŞ dolları dəyərində sifariş aldığı və müqavilə imzalanması barədə məlumat yayıb. Şirkətin veb-saytında yerləşdirilmiş məlumata görə, iki illik müqavilə tankların təkmilləşdirilməsi, qabaqcıl döyüş idarəetmə, müşahidə sistemlərinin qurulmasını əhatə edir. «Elbit»in prezidenti Cozef Akkerman bildirib ki, şirkət həmin dövlətdə bundan da əvvəl layihələr həyata keçirib. Layihə “Elbit Systems Land & C4I – Tadiran» və «Elbit Systems Electro-optics – Elop» şirkətlərinin iştirakı ilə icra olunacaq.

İsrailin müdafiə sənayesi sektorunda fəaliyyət göstərən ən böyük hərbi şirkəti «Elbit Systems»in Azərbaycanda nümayəndəliyi 2009-cu ilin sentyabr ayında «Elbit Systems of Azerbaijan» adı ilə qeydiyyatdan keçib.
1 2 3 4 5 İDMAN XƏBƏR

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR