İçərişəhərin bir hissəsində avtomobillərin hərəkəti 2 ay dayandırılacaq

Bakı – APA. İçərişəhərdə aparılan abadlıq və quruculuq işlərinin miqyası genişlənib. Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən APA-ya verilən məlumata görə, “Meridian” otelindən Kiçik Karvansaraya qədər olan sahədə yolun və kommunikasiya xətlərinin əsaslı təmirinə başlanıldığı üçün aprelin 11-dən iki ay ərzində bu istiqamətdə avtomobillərin hərəkəti mümkün olmayacaq: “Bu səbəbdən sürücülərdən Kiçik Qala küçəsindən istifadə etməyi xahiş edirik. İçərişəhərin sakinlərindən və qonaqlardan müvəqqəti narahatlığa görə üzr istəyirik”.
Sosial

Təhsildə Keyfiyyət Təminatı Agentliyinə yeni sədr təyin olunub
Azərbaycanda son 1 həftədə 20 nəfər COVID-19-a yoluxub, 4 nəfər ölüb

Prokurorluq uşaqların icbari dispanserizasiyası ilə bağlı valideynlərə müraciət edib
