QMİ sədrinin müavini: “Tərtərdə ermənilərin atəşi nəticəsində dəfni aparan molla və qəbiristanlıq işçisi də yaralanıb”

QMİ sədrinin müavini: “Tərtərdə ermənilərin atəşi nəticəsində dəfni aparan molla və qəbiristanlıq işçisi də yaralanıb”
# 16 oktyabr 2020 16:08 (UTC +04:00)

“Tərtərdə dəfni aparan molla, qəbiristanlıq işçisi də yaralıdır”.

APA-nın məlumatına görə, bunu bu gün QMİ sədrinin müavini Hacı Salman Musayev Qafqaz Müsəlmanları İdarəsinin Azərbaycandakı dini konfessiyaların rəhbərləri ilə birgə mətbuat konfransında bildirib.

Hacı Salman deyib ki, din xadimləri də ön cəbhədə vətənpərvərlik təbliğatı aparmaqdadır: “İnşallah, tezliklə bayrağımız Xankəndində, Şuşada dalğalansın”.

Qeyd edək ki, dünən Tərtər şəhər qəbiristanlığında dəfn zamanı erməni silahlı birləşmələrinin artilleriya atəşi nəticəsində 4 mülki şəxs həlak olub, 4-ü yaralanıb. 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR