Bakıda Altsheymer xəstəsi itkin düşüb - FOTO

Bakıda Altsheymer xəstəsi itkin düşüb - FOTO
# 10 iyun 2020 16:29 (UTC +04:00)

Bakıda Altsheymer xəstəsi itkin düşüb.

Bu barədə APA-ya onun ailəsi məlumat verib.

Bildiriblər ki, Xətai rayon sakini, 1958-ci il təvəllüdlü Hüseynova Təranə Nəsib qızı dünən saat 10 radələrində “Bakubus”a məxsus 7A nömrəli sərnişin avtobusundan Ziya Bünyadov prospektində düşüb və bundan sonra ondan xəbər yoxdur.

Ailə məsələ ilə bağlı Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinə də müraciət edib. Orada faktla bağlı araşdırma aparılır.

T. Hüseynovanı görənlərdən Daxili İşlər Nazirliyinin (DİN) “102” xidmətinə və yaxud (077) 277-13-20 nömrəsinə məlumat verməyi xahiş olunur.

T. Hüseynovanın fotosunu təqdim edirik.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR